ENG

Elmin İnkişafı Fondu 19 yanvar 2017-ci il tarixində növbəti məsləhət seminarını keçirmişdir

Yanvar 19 2017

19 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsi çərçivəsində növbəti məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun müşaviri Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR