ENG

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 4-cü birgə - “Mənim ilk qrantım” - müsabiqəsi üzrə 21 iyun 2017-ci il tarixində növbəti məsləhət seminarını keçirmişdir

İyun 21 2017

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 4-cü birgə - “Mənim ilk qrantım” - müsabiqəsi üzrə 21 iyun 2017-ci il tarixində saat 11.00-da növbəti məsləhət seminarını keçirmişdir. 

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun müşaviri Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR