ENG

Layihə rəhbərlərinin nəzərinə

Yanvar 05 2018

Hörmətli layihə rəhbərləri!

Bildiyiniz kimi, sizin qrant layihəsi çərçivəsində çap olunmuş nəşrlərinizi (məqalə, tezis, konfrans materialı, kitab) Fondun rəsmi portalının (http://sdf.gov.az) “Qrantlar üzrə nəticələr və dərc olunmuş məqalələr” bölməsində yerləşdiririk. Bu bölmə daima yenilənir və ictimaiyyətin daima müraciət etdiyi internet səhifələrindən biridir.

Bu səbəbdən, Sizdən xahiş edirik ki, çap olunmuş yeni nəşrlərinizin elektron nüsxələrini qrant@elmfondu.az elektron ünvanına göndərəsiniz.

Daxil etdiyimiz məlumatlarda yalnışlıq olduğu təqdirdə dərhal Fondu məlumatlandırmağınız da xahiş olunur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR