Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
ENG

“Böyük miqyaslı tədqiqat layihələri-2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı beynəlxalq konfrans keçirilmişdir

Noyabr 12 2012

2012-ci il 09-12 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas Binasının Böyük Dairəvi Zalında “Böyük miqyaslı tədqiqat layihələri-2012: Yüksək texnologiyalar üçün materialşünaslıq və informatika” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.

Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları şəklində maliyyələşdirilən böyük maliyyə həcmli pilot layihə xarakterli “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” və maddi-texniki təminat xarakterli “Yüksək texnologiyalar üçün interkalyasiya olunmuş nanostrukturlu laylı yarımkeçirici materiallar” layihələri üzrə Elmin İnkişafı Fondunun İcraçı direksiyasının maliyyə və təşkilati dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilmişdir. Konfransın keçirilməsinə ARDNŞ də dəstək vermişdir.

Beynəlxalq konfransın keçirilməsində məqsəd adıçəkilən pilot qrant layihələrin nəticələrinin və digər elmi-tədqiqat işləri üzrə nəticələrin yüksək səviyyədə müzakirəsinin keçirilməsi, həmçinin mövcud elmi əlaqələrin gücləndirilməsi və yeni əlaqələrin yaradılması olmuşdur. 

Konfransda 4 seksiya üzrə elmi müzakirələr dinlənilmişdir:

  • Topoloji izolyatorlar;
  • Ferroiklər;
  • Nanofotonika və fotovoltaika üçün materiallar, biokompozitlər;
  • Böyük miqyaslı tədqiqat layihələrinin yeni elm sahələrinin və qabaqcıl texnologiyaların inkişafındakı rolu.

Beynəlxalq konfransda prof. Kazuki Wakita (Yaponiya), prof. Nobuo Satoh (Yaponiya), Dr. Yong Gu Shim (Yaponiya), prof. Kojiro Mimura (Yaponiya), Satoru Motonami (Yaponiya), prof. Gustav Bihlmayer (Almaniya), Dr. Daniel Niesner (Almaniya), prof. Fabrice Albert-Pardo (Fransa), Dr. Thomas Tiwald-ın (ABŞ) dəvətli məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır. Konfrasda AMEA Fizika İnstitutunun əməkdaşlarının və digər alimlərin elmi nəticələri üzrə məruzələr də dinlənilmişdir.

Pres-reliz

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR