ENG

Gənc Alim və Tədqiqatçıların 6-ci qrant müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət vebinarları keçiriləcəkdir.

İyul 14 2021

Hörmətli qrant iddiaçıları!

Gənc Alim və Tədqiqatçıların 6-ci qrant müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət vebinarları keçiriləcəkdir.

Vebinarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.  

 

Seminar cədvəli

TARİX SAAT
1-ci seminar 22 iyul 11:00
2-ci seminar 29 iyul 15:00
3-cü seminar 05 avqust 11:00
4-cü seminar 12 avqust 15:00

 

Vebinarlar Elmin İnkişafı Fondunun əməkdaşları tərəfindən Zoom Cloud Meetings proqramı vasitəsi ilə keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya seminar@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Zoom Cloud Meetings proqramında vebinarlara qoşulmaq üçün tətbiqetməni mobil cihazınıza və ya kompüterinizə yükləməkdən sonra, elektron poçt ünvanınagöndərilən linkə daxil olmaqla qoşulmaq kifayətdir. Vebinarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin vebinarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, vebinarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR