ENG

Elmin İnkişafı Fondu 16 avqust 2010-cu il tarixində növbəti məsləhət seminarını keçirmişdir

Avqust 16 2010

16 avqust 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaq məqsədi ilə növbəti məsləhət seminarını keçirmişdir.

Seminarda AMEA-nın Zoologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Ədəbiyyat İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi; Bakı Dövlət Universiteti; Azərbaycan Dövlət İqtisad Universiteti; Lənkəran Dövlət Universiteti; Fəlsəfi Maarifçilik Assosiasiyası və digər qurumların nümayəndələri iştirak etmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR