ENG

Elmin İnkişafı Fondu 26 iyul 2010-cu il tarixində ilk məsləhət seminarını keçirmişdir

İyul 26 2010

İyul ayının 26-sı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilk məsləhət seminarını keçirmişdir. Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Seminarı Fondun icraçı direktoru Elçin Babayev açdıqdan sonra EİF-in qrantların idarə olunması üzrə baş məsləhətçisi xanım Ədilə Babayeva müsabiqə qaydaları, ərizə və sənəd formalarının tərtibatı və 2010-cu il müsabiqəsi haqqında təqdimatla çıxış etmişdir.

Təqdimatdan sonra Elçin Babayev və xanım Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar. Seminar iki saat davam etmişdir.

 Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR