ELMİN İNKİŞAFI FONDUNUN QALİB LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ
KEÇİRİLMİŞ KONFRANSLAR


 

 5_dekabr_2016_kc

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (05 dekabr 2016-cı il)

Dekabrın 5-də AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev açaraq konfransın kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.


 27_may_2016_kc

 

“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı (01 iyun 2016-cı il)

Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş qrant layihəsi (layihə rəhbəri: Hacıyev Elməddin, Azərbaycan Turizm və Menecment Universiteti) çərçivəsində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı Bakı şəhərində 31 may - 01 iyun 2016-cı il tarixlərində keçirilmişdir. Azərbaycan Turizm və Menecment Universiteti konfransın keçirilməsinə elmi-təşkilatı dəstək göstərmişdir.

 

 


12-15_oktyabr_2015_kc

“Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar  yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans (12 oktyabr 2015-ci il)

Oktyabrın 12-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar  yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans öz işinə başlayıb. Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən gənc tədqiqatçılar  üçün təşkil edilmiş, AMEA-nın 70 illiyinə həsr olunmuş 4 günlük tədbirə İngiltərə, Polşa, Macarıstan, Serbiya, Bolqarıstan və digərləri  daxil olmaqla, ümumən 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılıb... Mənbə: AMEA


6-8_iyul_2015_kc

Elmin İnkişafı Fondunun dəstəyi ilə Günəş və  Kosmik hava tədqiqatları üzrə Beynəlxalq konfrans (06-08 iyul 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə dəstəyi və təşkilatçılığı ilə "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək" mövzusunda beynəlxalq konfransı keçirilmişdir. Ölkəmizdə bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlərin qazanıldığını qeyd edən E.Babayev bildirib ki, məqsədimiz Azərbaycanın regionun ən böyük elm mərkəzinə çevrilməsinə nail olmaqdır.
http://sdf.gov.az/conferences/sun2015/

 


27-28_noyabr_2014_kc

Gənc alim və mütəxəssislərin “İnformasiya cəmiyyəti müasir  müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Beynəlxalq konfransı (27-28 noyabr 2014-cü il)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında Gənc alim və  mütəxəssislərin "İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi" mövzusunda Beynəlxalq konfransı  keçirilmişdir. Konfransın açılışında "İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və  böyük məlumatların təhlil olunması", "İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması", "İnformasiya cəmiyyətinin  mürəkkəbliyi" , "İnformasiya müdafiə və hücum vasitəsi kimi" mövzularında plenar məruzələr dinlənilib.


21-23_aprel_2013_kc

”Ətraf mühit dəyişməsi və  bitki müxtəlifliyinin qorunması” adlı beynəlxalq elmi konfrans (21-23 aprel 2013-cü il)

2013-cü il 21-23 aprel tarixlərində “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin  qorunması” adlı üç günlük beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Prezidenti  yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində maliyyələşdirilmiş və Fondun icraçı direksiyasının təşkilatı dəstəyi ilə  keçirilmişdir. Fondun qrant müsabiqəsinin qalibi olmuş AMEA Botanika İnstitutu tərəfindən elmi-təşkilatı dəstək  göstərilmişdir. Konfransda ABŞ, Almaniya, İngiltərə, Yeni Zelandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə,  Macarıstan, İtaliya və Rusiyadan 30-dan çox tanınmış alimlər dəvətli məruzələrlə iştirak etmişlər...


23-24_oktyabr_2012_kc

"İnnovasiya Texnologiyalarının Transferi: Marketinq və Müqavilələrin bağlanması" Beynəlxalq Seminarı (23-24 oktyabr 2012-ci il)

Oktyabrın 23-24 tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi, Əqli Mülkiyyət və İnnovasiya  İctimai Birliyinin təşkilatçılığı ilə “İnnovasiya texnologiyalarının transferi” mövzusunda Beynəlxalq seminar keçirilmişdir.
Beynəlxalq seminar Azərbaycan respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (Qrant: EİF-2011-1(3)-82/82/5) və Fondun icraçı  direksiyasının təşkilatı dəstəyi ilə keçirilir.
Elmi-təşkilatı dəstək: "Əqli Mülkiyyət və İnnovasiya" İctimai Birliyi...

 


25-27_iyul_2012_kc

“Gənc alimlərin II Respublika  İnnovativ İdeya Yarmarkası” çərçivəsində keçirilmiş “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat  işlərinin təcrübi və tətbiqi əsasları” adlı Gənc alimlərin elmi konfransı (25-27 iyul 2012-ci il)

Konfrans materialları:
CILD I -  MÜNDƏRİCAT
CILD II -  MÜNDƏRİCAT

 


5-6_oktyabr_2011_kc

Gənc Alim və Tələbələrin 4-cü Beynəlxalq Elmi Konfransı "Yer elmləri: Yeni Yanaşmalar və Nailiyyətlər" (05-06 oktyabr 2011-ci il)

05-06 oktyabr tarixlərində “Ramada” hotelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Gənc Alimlər Şurası tərəfindən  “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” IV beynəlxalq konfrans keçirilmişdir.
Gənc alim və tələbələr üçün təşkil  edilmiş konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “bp” şirkətinin dəstəyi ilə keçirilmişdir...

 


HİKMƏTLİ SÖZLƏR