gerb_azerbaijan 

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bir ay müddətinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərin aylıq vəzifə maaşlarını müəyyən etsin;
3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.

                                                 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2010-cu il
                №223


 

gerb_azerbaijan 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun

NİZAMNAMƏSİ 

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Fond) “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 oktyabr tarixli 526 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.
1.2. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Nizamnaməni rəhbər tutur.
1.4. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.
1.5. Fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
1.6. Fond müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara, loqotipə malikdir.
1.7. Fondun fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. Fond Bakı şəhərində yerləşir.


PDF: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi

 

HİKMƏTLİ SÖZLƏR