ENG

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Kimyanın aktual problemləri” VI Respublika Elmi Konfransı

694
A A A
Aprel 27 2012

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə 2012-ci il 15-16 may tarixlərində Bakı Dövlət Universitetinin əsas korpusunda doktorant, magistr və gənc alimlərin “Kimyanın aktual problemləri” VI Respublika elmi Konfransı keçiriləcəkdir.

Konfransın açılışı və plenar iclası 11:00-da Universitetin əsas korpusunda, bölmə iclasları isə Kimya fakültəsində keçiriləcəkdir.

Fondun qrant layihələrində çalışan alimləri Konfransda iştiraka dəvət edirik.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən şəxslər 2012-ci il 30 aprel tarixinə qədər Təşkilat Komitəsinə müraciət edə bilərlər. 

əlavə informasiya üçün əlaqə telefon nömrələri:
(012) 539 09 53 və (050) 530 02 29

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR