ENG

“Springer Nature” beynəlxalq nəşriyyatının Rusiyada rəsmi təmsilçisi olan “100K20” qurumunun Baş direktoru Matthias Aicher və bölmə rəhbəri Daria Lovcheva Elmin İnkişafı Fondunda olmuşlar

872
A A A
İyul 20 2016

“Springer Nature” beynəlxalq nəşriyyatının Rusiyada rəsmi təmsilçisi olan “100K20” qurumunun Baş direktoru Matthias Aicher və bölmə rəhbəri Daria Lovcheva Elmin İnkişafı Fondunda olub. İcraçı direktor Elçin Babayevlə olan görüş zamanı Fondun yaranması, işi və fəaliyyəti, 6 il ərzində keçirdiyi müsabiqələr və xarici fondlarla əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verilib. Öz növbəsində, Baş direktor Matthias Aicher nəşriyyatın əsas biznesinin təkcə elmi məqalələrin nəşri olmadığını, həmçinin bütün dünyada müəllif və mütəxəssislər haqqında mükəmməl informasiya bazasının yaradılmasından ibarət olduğunu da bildirib.

Tanınmış informasiya mənbəyi olan “Springer Nature”nin imkan və üstünlükləri haqqında məlumat verilib, Azərbaycan alimlərinin 2010-2015-ci illər ərzində elmi fəaliyyətinə dair göstəriciləri haqqında danışılıb.

Azərbaycanın da bu informasiya bazalarını əldə etməyinin zəruriliyi qeyd edilib, iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub, Azərbaycan alimləri üçün birgə öyrədici seminar və treninqlərin keçirilməsi razılaşdırılıb. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilib. Qurumun məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabat hazırlanacağı razılaşdırılıb.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR