ENG

Elmin İnkişafı Fondu “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın keçirilməsinə maliyyə dəstəyi verib

1689
A A A
Noyabr 14 2016

2016-cı il 14-15 noyabr tarixlərində Bakı şəhərində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), AR Mədəniyyət və Turizm NazirliyiTəhsil Nazirliyi olub.

AMEA-nın Rəyasət Heyətində təşkil olunmuş tədbiri AMEA-nın prezidenti, EİF Himayədarlar Şurasının üzvü, akademik Akif Əlizadə açaraq Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamını xatırladıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Dil Qurumunun başqanı Kamal Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli və digərləri çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya-proseslərinin dərinləşdirilməsinə töhfəsindən danışıblar.

Elmin İnkişafı Fondu öz əsas fəaliyyət növü olan qrant müsabiqələrinin təşkili və keçirilməsi və elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, ölkədə beynəlxalq konfrans və simpoziumların keçirilməsinə də maliyyə və təşkilati dəstək göstərir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

Video: science.az (Elm TV)

 

HİKMƏTLİ SÖZLƏR