Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
ENG

Elmin İnkişafı Fondu ilə Belarusun müvafiq qurumları arasında elmi-texniki əməkdaşlıq gücləndirilir

2461
A A A
Noyabr 14 2016

2016-cı il 14 noyabr tarixində Elmin İnkişafı Fondunda Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Andrey Kosovskiy Azərbaycan və Belarus arasında elm sahəsində əlaqələrin inkişafından danışıb, əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev fundamental tədqiqatlar sahəsi ilə yanaşı, tətbiqi və innovativ xarakterli tədqiqatlar sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi haqqında danışıb, Azərbaycan və Belarus arasında birgə 5-tərəfli qrant layihələri müsabiqəsinin elan edilməsi ilə bağlı təklif irəli sürüb, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, vahid platforma razılaşdırılıb. Tərəflər arasında elmi-texniki əməkdaşlığa dair ikitərəfli saziş imzalanması razılaşdırılıb. Növbəti Azərbaycan-Belarus birgə qrant müsabiqəsinin cari ilin sonunadək elan olunması, Elmin İnkişafı Fondunun 2014-cü ildə Bakıda keçirdiyi 1-ci konfransın davamı olaraq 2-ci Azərbaycan-Belarus elmi konfransının 2017-ci ildə Minskdə keçirilməsi barədə razılığa gəlinib.

Görüşdə Belarus tərəfdən Belarus MEA-nın Fizika, Riyaziyyat və İnformatika Bölməsinin Akademik-katibi, akademik V.A.Orloviç, Belarus MEA-nın Baş elmi katibi, müxbir üzv A.V.Kilçevskiy, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Elmi, Texniki və İnnovasiya Siyasəti Departamentinin məsləhətçisi A.Kosovskiy, Belarusun Azərbaycandakı səfirliyinin üçüncü katibi İ.V.Poluyçik da iştirak edib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR