”SABAH” qrupunun tələbələrinin Elmin İnkişafı Fondunda təcrübəsi başa çatıb

289
A A A
Dekabr 30 2016

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əldə olunmuş razılığa əsasən ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarında təhsil alan tələbələrdən seçilmiş dörd nəfəri öz ixtisasları üzrə Fondun icraçı direksiyasında 2016-cı ilin oktyabr-dekabr aylarında plana əsasən təcrübə keçib. Təcrübəkeçmədə məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək, elmi və tələbə, həmçinin iş mühiti arasında əlaqələrin möhkəmləndirilməsi olub.

Aygün Sadıqovanın (Azərbaycan Dillər Universiteti) “Tərcümə” ixtisası, Ləmanxanım Abdullayevanın (Azərbaycan Dövlət İqtisad Universiteti) “Müsahibat uçotu və audit” ixtisası, Natəvan Abasovanın (Azərbaycan Texniki Universiteti) “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası və Elçin Məmmədrzayevin (Bakı Dövlət Universiteti) “Beynəlxalq münasibətlər” ixtisası üzrə təcrübələrinin rəhbərləri Fondun baş mühasibi Leyla Abdullayeva, baş məsləhətçisi Bəhruz Nəcəfov və aparıcı məsləhətçisi Ləman Hüseynbəyli olub. İlin sonunda təcrübəçilərə müvafiq sertifikatlar təqdim olunub. Nəticələrə əsasən Aygün Sadıqova ən yaxşı təcrübəçi hesab edilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR