ENG

Kosmonavtika Gününə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıblar

438
A A A
Aprel 13 2017

Ölkəmizdə Kosmonavtika Gününə həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Tusi-Bohm Planetariumun, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə əməkdaşlığı və təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında Kosmonavtika Gününə həsr olunan ikinci yaradıcılıq müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən, 200 nəfərdən ibarət olan “Ekoklub”ların üzvləri və orta ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, fantastik, bədii və cizgi filmlərinin qəhrəmanlarına həsr olunan rəsmlər, plastilindən hazırlanan kosmik “bədheybətlər”in fiqurları nümayiş etdirilib. Yaradıcılıq işlərinə baxış keçirilib, dörd nominasiya üzrə qaliblər müəyyənləşdirilib, gənc tədqiqatçılara diplom, sertifikat və hədiyyələr verilib.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı maraqlı konsert proqramı ilə çıxış edib.

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR