ENG

“Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova Elmin İnkişafı Fondunda olub

3140
A A A
İyul 25 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda dünyanın ən iri elmi informasiya və analitika şirkətlərindən biri olan “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə təyin olunmuş regional direktor xanım Aliya Ospanova ilə görüş keçirilib.

Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Fondun son dövrdəki fəaliyyəti haqqında ətraflı məlumat verib, Aliya Ospanova isə öz növbəsində “Elsevier” və SCOPUS-un imkan və üstünlükləri haqqında çıxış edib, Azərbaycan alimlərinin 2012-2017-ci illər ərzində elmi fəaliyyətinə dair göstəriciləri haqqında məlumat verib.

Görüşdə Fond ilə “Elsevier” arasında 2017-2018-ci illərdə əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub, “Elsevier” tərəfindən müntəzəm olaraq Azərbaycan alimləri üçün öyrədici seminar və treninqlərin keçirilməsinə Fondun dəstək verəcəyi razılaşdırılıb. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilib. Fond və “Elsevier” nümayəndələri nəşriyyatın məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabat hazırlayacaqlarını, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumata yayacaqlarını razılaşdırıb.

1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hal-hazırda dünyanın nəhəng nəşriyyat evlərindən biri olan “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25%-ni çap edir. Aparıcı elmi-texniki informasiya nəşrçisi olan “Elsevier” 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı qurumlara (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”-in “Science Direct” və “Scopus” kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi vardır.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

 

HİKMƏTLİ SÖZLƏR