ENG

“Clarivate Analytics” şirkəti Elmin İnkişafı Fondunda seminar-təlim keçirib

71
A A A
Dekabr 06 2017

Elmin İnkişafı Fondunda dünyanın ən iri elmi informasiya və analitik təhlil nəşr şirkətlərindən biri olan “Clarivate Analytics”in Rusiya və MDB ölkələri üzrə təhsil proqramının rəhbəri Valentin Boqorov və bu qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadənin iştirakı ilə Fondun əməkdaşları üçün seminar-təlim keçirilib.

Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadlarının maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib.

İnteraktiv müzakirədə Valentin Boqorov meydana çıxan sualları cavablandırıb, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın “Clarivate Analytics”şirkəti üçün əhəmiyyətini vurğulayıb.

Belə seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR