ENG

Elmin İnkişafı Fondunun nümayəndə heyəti Kiyevdə keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir

1769
A A A
Oktyabr 02 2015

Elmin İnkişafı Fondunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, layihələrin qrantlar yolu ilə dəstəklənməsi, elmi tədqiqatlar və innovasiyalar siyasəti üzrə yeni regional əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi (layihələr üçün yeni meyarlar, ekspertiza və qiymətləndirmə işi, maliyyələşdirilmə mexanizmləri, elmi-metriya və s.) məqsədi ilə Fondun icraçı direktoru Elçin Babayev və Fondun baş məsləhətçisi Rüfət Rəhimli Ukraynanın paytaxtı Kiyev şəhərində ezamiyyətdə olub.

Ezamiyyət dövründə Ukrayna MEA-nın İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunda keçirilən “Black Sea Horizon-2020” layihəsi üzrə yüksək səviyyəli ekspertlər iclasında (“Task 2.5”) iştirak baş tutub. Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondu Avropa Komissiyasının adıçəkilən beynəlxalq 645785 nömrəli layihəsinin icraçısıdır.

Ukrayna Təhsil və Elm Nazirliyində keçirilən Regional İncoNet EaP Seminarında iştirak da baş tutub. Seminarın mövzusu “Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat layihələrinin ekspertizası və qiymətləndirilməsi: cari vəziyyət və gələcək perspektivlər” olub. Əsas təşkilatçılar TBİ Kharkov Technolgies (Ukrayna), Avstriyanın Sosial İnnovasiyalar Mərkəzi (ZSİ) və Moldova Elmlər Akademiyası olub.

Ukrayna Təhsil və Elm Nazirliyində “Qrant-2015” beynəlxalq konfransında da iştirak baş tutub. Konfransın mövzusu “Tədqiqatların və yeni texnologiyaların qrantlarla dəstəklənməsi” olub. Əsas təşkilatçılar Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu, Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Elmlər Akademiyası olub. Elm, tədqiqat və innovasiyalar siyasəti, həmçinin qrant layihələrinin ekspertizası meyarları üzrə müzakirələrdə və təlimdə iştirak reallaşdırılıb, iclaslardakı müzakirələrdə Fond tərəfindən edilən düzəliş, irad və təkliflərin böyük əksəriyyəti qəbul olunub. Ezamiyyət zamanı tədbirlərdə iştirakla yanaşı, bir sıra qısamüddətli görüş və müzakirələr də keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub: Polşa Milli Elm Mərkəzi Şurasının sədri Prof. Michai Karonski, Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondunun rəhbəri Prof. Valeriy Kukhar, Almaniya Tədqiqat Fondunun (DFG, German Research Foundation) Beynəlxalq əlaqələr departamentinin direktoru Dr. Christian Schaich, Litva Tədqiqat Şurasının Humanitar və Sosial Elmlər Komitəsinin sədri Prof. Ruta Petrauskaite, Moldova Elmlər Akademiyası Məsləhət Ekspertiza Şurasının direktoru xanım Viorica Boaghi, Polşa Tədqiqat və İnkişaf Milli Mərkəzinin şöbə müdiri Dr. Anna Ostapczuk, Polşa Elm Fondunun direktor müavini Dr. Tomasz Poprawka, Beynəlxalq Dövlərlərarası Təşkilat - “Nüvə Tədqiqatları Birləşmiş İnstitutu”nun (Dubna) Universitet Mərkəzinin direktoru Dr. Stanislav Pakuliak, Türkiyə TÜBİTAK Riyaziyyat və Fizika araşdırmaları qrant komitəsinin rəhbəri Dr. Cengiz Arıcı, Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidentinin müşaviri Yeqor Dubynskyi və digərləri.

Nəzəri və praktiki bölümlərdə Şərq Tərəfdaşlığına üzv olan 6 ölkə üzrə aparılan qiymətləndirilmələrdə və çıxışlarda Azərbaycanda elm və texnologiyalar sahəsində mövcud vəziyyət və həyata keçirilən islahatlar, innovasiyalar üzrə görülən və planlaşdırılan işlər haqqında dolğun məlumat Fond tərəfindən iştirakçıların diqqətinə çatdırılıb. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR