ENG

Elmin İnkişafı Fondunda Azərbaycan-Rusiya 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə görüş keçirilib

270
A A A
İyul 02 2018

02 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Azərbaycan Rusiya 1-ci (“AzRus-1”) qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilib. Adıçəkilən müsabiqə Fondun Tədbirlər planına müvafiq olaraq keçirilib.

Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq qrant müsabiqəsinin qalibi olan alimləri təbrik edib. İlk dəfə olaraq keçirilən bu müsabiqənin ilk qalibləri olmağın bir şərəf olduğunu qeyd edən E.Babayev bu cür müsabiqələrin vaxtaşırı olaraq və zəngin formatda keçiriləcəyini bildirib.

Müsabiqədə qalib gələn layihə rəhbərləri və icraçılar hər iki ölkənin müxtəlif dövlət qurumlarını, ali təhsil müəssisələrini təmsil edirlər. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 9 layihə, Kimya elmləri üzrə 4 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 3-ü qadındır. Layihələrin icra müddəti 24 aydır. Layihələrin maliyyələşdirilmə həcmi 60 – 185 min manat arasında dəyişir.

Müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilmə həcmini 2.630.000 manat təşkil edir. Qalib layihələr 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək.

Görüşdə həmçinin qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr verilib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR