ENG

BMT-nin Avropa üzrə Iqtisadi Komissiyasının nümayəndə heyəti Elmin İnkişafı Fondunda olub

39
A A A
İyul 03 2018

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (United Nations Economic Commission for Europe - UNECE) nümayəndə heyəti 2018-ci il 03 iyul tarixində Elmin İnkişafı Fondunda olub.

BMT-nin iqtisadi qurumlarından biri olan UNECE-yə Avropa ölkələri ilə yanaşı, Kanada, Mərkəzi Asiya respublikaları, həmçinin İsrail və Amerika Birləşmiş Ştatları daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Azərbaycan 30 iyul 1993-ci il tarixindən bu qurumun üzvüdür. 

Elmin İnkişafı Fondunun icraçı direktorunun iştirak etdiyi görüşdə UNECE-nin SPECA proqramının (Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üzrə BMT-nin xüsusi proqramı) fəaliyyətinə Fond tərəfindən məsləhət dəstəyinin göstərilməsi, eyni zamanda proqram iştirakçısı olan ölkələrlə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri və digər məsələlər görüşün əsas mövzusu olub. UNECE nümayəndələri qeyd ediblər ki, Azərbaycanın müvafiq sahələrdə olan uğurlu təcrübəsi təqdirəlayiqdir və bu təcrübədən digər ölkələrin analoji sahələrinin inkişafı üçün uğurlu bir model olaraq istifadə oluna bilər.

İcraçı direktor Elçin Babayev Fondun fəaliyyəti, Azərbaycanda elmin inkişafına göstərilən qrant dəstəyi barədə UNECE nümayəndələrinə geniş məlumat verib, Fondla UNECE-nin əvvəlki illərdə olan əməkdaşlığını xüsusi qeyd edib.

Tərəflər qarşılıqlı əməkdaşlıq, həmçinin elmin inkişafına və təcrübə mübadiləsinə beynəlxalq səviyyədə verilə biləcək töhfələri müzakirə edib.

Görüş 2018-ci il 4-5 iyul tarixlərində Bakıda keçirilən “Elm əsaslı inkişaf üzrə SPECA işçi qrupunun 10-cu sessiyası”na hazırlıq prosesi çərçivəsində baş tutub.

Görüşün sonunda müzakirə olunan məsələlər üzrə ümumi razılıq əldə edilib. 

Görüşdə Anders Jönsson (Chief, Innovative Policies Development Section), Mario Apostolov (Regional Adviser, Economic Cooperation and Trade Division), Christopher Athey (Economic Affairs Officer, Innovative Policies Development Section), xanım Mijidgombo Oyunjargal (Research Assistant, Economic Cooperation and Trade Division) və Roumen Dobrinski (European Innovation Alliance)  iştirak etmişlər.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR