ENG

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu “Radio Electronics, Computer Science, Control” jurnalında çap olunub

426
A A A
İyul 09 2018

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (big data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində yazılmış “An improved ensemble approach for DoS attacks detection” adlı məqalə “Web of Science”, “DOAJ”, “CrossRef”, “EBSCO”, “РИНЦ”, “Google Scholar” və “Ulrich’s Periodicals Directory” bazasında indeksləşən “Radio Electronics, Computer Science, Control” jurnalında çap olunub. Bu jurnal Ukrayna Zaparojye Milli Texniki Universiteti nəşriyyatı tərəfindən dərc olunur.

Məqalənin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır.

Məqalədə klassifikatorların ansamblı əsasında DDoS ((Distributed Denial of Service) hücumların aşkarlanması üçün yeni metod təklif edilir. Təklif olunan yanaşmanın xüsusiyyəti ondan ibarətdir ki, verilənlər bazasından olan hər bir nöqtə üçün proqnoz verilən sinif nişanı verilmiş nöqtə üçün klassifikasiya metodlarından əldə olunmuş bütün qiymətlərin arasından maksimum qiymətə uyğun gəlir. Eksperimentlər NSL-KDD verilənlər bazası üzərində aparılıb. Eksperimentlərin aparılması zamanı baxılan amsambl DoS hücumların aşkarlanmasında yüksək dəqiqlik göstərib. Beş klassifikatordan ibarət ansambl isə daha dəqiq nəticə göstərib.

Mənbə: Science.gov.az

HİKMƏTLİ SÖZLƏR