ENG

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir.

317
A A A
Sentyabr 25 2019

17:26

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir.

2019-ci il 25 sentyabr tarixində Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin 3-cü katib İqor Poluyçik Elmin İnkişafı Fondunda olub.

Görüşdə Fondun icraçı direktoru Mehriban İmanova bir daha Azərbaycan və Belarus arasında əlaqələrin inkişaf etdiyini, Fond tərəfindən konkret əməkdaşlıq təklifləri olaraq uyğun strukturlar (fondlar) arasında əməkdaşlıq sənədlərinin imzalanması, Belarus-Azərbaycan birgə qrant müsabiqələrinin davam etdirilməsi və yeni qrant müsabiqələrinin keçirilməsi, Belarus və Azərbaycan alimlərinin qarşılıqlı təcrübəkeçmə üzrə mübadiləsi, Belarus Respublikasının elmi qurumları ilə əməkdaşlıq məsələləri, birgə tədbirlərin keçirilməsi, ekspertiza sahəsində birgə fəaliyyət kimi ideyalar irəli sürülüb.

O, qeyd edib ki, digər sahələrdə olduğu kimi elmi əməkdaşlıq da yeni dövrün tələblərinə uyğun olaraq qurulmalı, birgə maraq doğuran elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə əməkdaşlığa başlanılmalıdır.

O, Belarus və Azərbaycan alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə hər cür dəstək göstəriləcəyinə əmin olduğunu qeyd edib.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

  

 

HİKMƏTLİ SÖZLƏR