ENG

Ümummilli Lider Heydər Əliyev Elmin İnkişafı Fondunda anıldı

678
A A A
Dekabr 12 2019

10:22

Elmin İnkişafı Fondunda Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehriban İmanova və baş məsləhətçi Aqşin Mehdiyev Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb, onun Azərbaycan tarixində xüsusi dəst-xətlə yazdığı məqamlara diqqət çəkiblər. Xüsusi ilə vurğulanıb ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR