ENG

Ümummilli Lider Heydər Əliyev

1311
A A A
Dekabr 12 2020

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı olmuş, əvəzsiz siyasi xadim Heydər Əliyevin XX əsr Azərbaycan və dünya siyasəti tarixində yerindən və rolundan, Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, mənəvi əsaslarının yaradılmasında Ulu Öndərin müstəsna xidmətlərindən olmuşdur.Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, dahi rəhbərin əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir. Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün indi də nümunədir. Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olan Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib, Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Lideri olan bu dahi şəxsiyyətin siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.

Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın.

Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR