ENG

Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində ”Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” adlı beynəlxalq elmi konfrans keçirilmişdir

1446
A A A
Aprel 19 2013

2013-cü il 21-23 aprel tarixlərində Bakı şəhərində DİN-nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” adlı üç günlük beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində maliyyələşdirilir və Fondun icraçı direksiyasının təşkilatı dəstəyi ilə keçirilir. Fondun qrant müsabiqəsinin qalibi olmuş AMEA Botanika İnstitutu tərəfindən elmi-təşkilatı dəstək göstərilir.
Konfransda ABŞ, Almaniya, İngiltərə, Yeni Zelandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə, Macarıstan, İtaliya və Rusiyadan 30-dan çox tanınmış alimlər dəvətli məruzələrlə iştirak edəcəklər.

Konfrans Azərbaycanda zəngin biomüxtəlifliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir və ilk dəfə olaraq iki müxtəlif istiqamət birlikdə – ətraf mühitin dəyişməsi və bitki mühafizəsi - geniş aspektlərlə müzakirəyə çıxarılır. Konfrans çirklənmiş ərazilərdə yayılan bitkilərin monitorinqi və qiymətləndirilməsi, ətraf mühitin stress şəraitində real vəziyyətin qiymətləndirilməsi, təhlükə altında olan endem/relikt növlərin qorunması strategiyasının elmi əsaslarının araşdırılması, çirklənmiş ərazilərin remediasiyası üçün bioloji yanaşmaların işlənib hazırlanması kimi sahələrdə dərin təcrübəyə malik aparıcı alim və mütəxəssislərin bir yerə toplaşmasına və uyğun tədqiqat və nümunələr üzrə qabaqcıl bilikləri təkmilləşdirmək, ən son kəşfləri müzakirə etmək, mümkün remediasiya strategiyalarını araşdırmaq və sahələrarası əməkdaşlıq yaratmaq üçün imkan yaradacaqdır. 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR